"Monako”nun rus sahibi Dmitri Rıbolovlev klubun vitse-prezidenti Vadim Vasilyevi qovmağa qərar verib.
Fanat.Az-ın məlumatına görə, xəbəri "L’Equipe” nəşri yayıb. Mənbə Rıbolovlevin bu addımı knyazlıq klubunun uğursuz nəticələrindən təngə gələrək atdığını vurğulayıb. 24 turdan sonra 18 xalla 18-ci olan "Monako”nun heç cür özünə gələ bilməməsi radikal dəyişikliyi qaçılmaz edib.
Qeyd edək ki, Vasilyev 2013-cü ildən hazırkı postundadı.
Fanat.Az