"Mançester Yunayted”in sabiq çalışdırıcısı Joze Mourinyo Braziliyanın "Plakar” jurnalının bu yaxınlarda Neymarı Peledən sonra ölkənin ən yaxşı futbolçusu adlandırmasına münasibət bildirib.
Fanat.Az DAZN-a istinadən xəbər verir ki, portuqaliyalı bu fikirlə razılaşmadığını gizlətməyib:
"Neymar Peledən sonrakı dövrün ən yaxşısıdı? Deyəsən, insanlar Ronaldo və Rivaldonu yaddan çıxarmağa başlayıblar. Neymar fantastik istedada sahibdi. Avropa səhnəsinə ayaq basan kimi özünü sübut etməyi bacarıb. Amma Braziliya yığması ilə dünya çempionu olmaq arzusuna çatmayıb. Bir vaxtlar Ronaldo və Rivaldo da dünyanın ən yaxşıları adlandırılırdı. Unutmayaq ki, hər ikisi klublardakı uğurları ilə yanaşı həm də dünya çempionudu”.
Qeyd edək ki, PSJ-də top qovan Neymar hazırda zədəlidi. O, Paris klubunun formasıyla çıxdığı 13 çempionat matçında 13 top vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az