London "Arsenal”ı baş məşqçi Unay Emerinin istəmədiyi Məsut Özilə gənc əvəzləyici tapıb.
Fanat.Az xəbər verir ki, "topçular” "Bayer 04”ün 19 yaşlı yarımmüdafiəçisi Kay Havertzi rənglərinə bağlamaq istəyir.
Bu mövsüm Almaniya Bundesliqasında 21 matça çıxan Havertz 8 qol vurub, 2 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. Gənc istedad Avroliqada rəqib qapılarına 3 dəfə yol tapıb, komanda yoldaşlarının fərqlənməsinə 2 dəfə şərait yaradıb.
Qeyd edək ki, Özilin PSJ-yə icarəyə veriləcəyi bildirilir.
Fanat.Az