"Biz həmişə komanda daxilində sözü bir-birimizin üzünə deyirik. Mauro İkardinin kapitan sarğısından məhrum edilməsi isə "İnter”in mənafeyi üçün atılmış addımdı. O, komanda yoldaşlarına hörmət etməlidi”.
Bu sözləri "Football Italia”ya açıqlamasında "İnter”in baş məşqçisi Luçano Spalletti deyib. Mütəxəssis argentinalı hücumçunun cəzalandırılmasının səbəbini açıqlayıb:
"İkardinin xanımının maşınına hücum çəkiblər? Bunu araşdırmaq və səbəbkarı cəzalandırmaq polisin işidi. Bizim işimiz isə komandadaxili abu-havanı qorumaqdı. Hücumçu komandaya qayıtmaq istəyirsə, səhvlərini anlamalıdı. Məntiqlə, Mauro üçün bunu etmək o qədər də çətin olmamalıdı. Sabah "Sampdoriya”ya qarşı keçirəcəyimiz çempionat matçında meydana çıxmayacaq. Daha əvvəl mətbuat xidmətimizin xəbər verdiyi kimi, problemləri var, oynayacaq durumda deyil”.
Fanat.Az