"Qəbələ”nin sabiq üzvü Sergey Zenyovun yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Estoniya yığmasının hücumçusu karyerasını Qazaxıstanın "Şaxtyor” (Karaqanda) klubunda davam etdirəcək. O, yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Zenyov 2015-2017-ci illərdə "Qəbələ"də çıxış edib. Bu müddətdə 80 oyuna çıxan futbolçu 15 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun son iş yeri Polşa "Krakoviya"sı olub.
Fanat.Az