Simeonedən qeyri-etik qol sevinci - Şok səbəb (VİDEO)
"Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində "Yuventus”a qalib gəldikləri 2:0 hesabı ilə qalib gəldikləri oyunda qeyri-etik hərəkət edib.
Fanat.Az xəbər verir ki, argentinalı mütəxəssis komandasının ilk qolundan sonra sevincini bölüşərkən emosiyalarına hakim ola bilməyib.
Dieqo Simeone oyundan sonra qeyri-etik jesti ilə bağlı danşıb. Argentinalı baş məşqçi bu hərəkətinə görə üzr istəyib və səbəbini açıqlayıb: "Bu jesti mən futbolçu olarkən "Latsio" - "Bolonya" matçından sonra da etmişdim. Yenə bunu edib, azarkeşlərimizə göstərdim ki, "Atletiko"nun q..u var. Koke ilə Kostanı meydana buraxmağa q.. lazım idi. Bu, rəqibə yönəlmiş jest deyildi. Etiraf edirəm ki, bu jesti yaxşı saymaq olmaz. Ancaq hiss edirdim ki, bunu etməliyəm. Çox ağır oyun oldu. Mən hiss etdiyimi göstərməli idim. Kiminsə xətrinə dəymişəmsə, üzr istəyirəm. Amma bunu bilərəkdən etdim".