Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları, Avropa Liqasında isə 1/16 finalmatçları yekunlaşıb.
Fanat.Az xəbər verir ki, bu həftə ÇL-də 4, AL-də isə 16 qarşılaşma baş tutub.
Keçirilən 20 görüşdən sonra UEFA-nın əmsallar cədvəli yenilənib. Oyunlar yalnız dörd ölkənin yerdəyişmələrini şərtləndirib. Avstriya və Çexiya 1 pilləlik irəliləyiş əldə edib. Avstriya Hollandiyanı, Çexiya isə Yunanıstanı bir addım geri atıb.
Digər ölkələrin, həmçinin Azərbaycanın mövqeyi dəyişməz qalıb: 26-cı yer. Təmsilçilərinin hamısı mübarizəni başa vuran ölkəmiz cari mövsümdə 2,375, son 5 mövsümün nəticələrinə əsasən 19,000 əmsala malikdi.
Qeyd edək ki, siyahıda İspaniya 1-ci, İngiltərə 2-ci, İtaliya 3-cüdü.
Fanat.Az