İngiltərə Liqa Kubokunun qalibi bəllidi.
Fanat.Az-ın məlumatına görə, dünən keçirilən final matçı gözləniləndən baxımsız alınıb.
"Uembli"də reallaşan görüşdə "Çelsi" ilə "Mançester Siti" üz-üzə gəlib. Tərəflər 120 dəqiqə ərzində qapılara qol vurulmadığı üçün qalib penaltilər seriyası ilə müəyyənləşib.
"Mançester Siti"dən Leroy Sane zərbəni dəqiq yerinə yetirə bilməyibsə, "Çelsi"nin heyətində Jorjinyo və David Luiz fürsəti boşa verib. Nəticədə penaltilər seriyasında 4:3 hesablı qələbə qazanan "Mançester Siti" ötən mövsüm olduğu kimi, yenə liqa kubokunu muzeyinə aparıb.
Fanat.Az