"Yuventus”un və İtaliya millisinin sabiq hücumçusu Alessandro Del Pyero klub sahibi olduğunu açıqlayıb.
Fanat.Az-ın məlumatına görə veteran ulduz belə deyib: "Ötən yayın sonlarında Los-Ancelesi təmsil edən bir futbol klubu aldım. UPSL-də - həvəskarlar liqasında çıxış edir. Bu layihə məni məmnun etdi. İlk dəfə ictimaiyyətə klubumun olduğunu söyləyirəm. Rənglərimiz ağ, qara və bozdu. Klubumuzun adı isə LA10FC”.
Fanat.Az