Dünən "Mançester Siti” ilə İngiltərə Liqa Kubokunu qazanan Xosep Qvardiola karyerasının 25-ci "qənimət”inə sahib çıxıb.
Fanat.Az xəbər verir ki, ispan çalışdırıcı bunlardan 4-nü indiki iş yerində, 7-ni "Bavariya”da, 14-nü isə "Barselona”da qazanıb. Bu nəticə ilə Pep portuqaliyalı mütəxəssis Joze Mourinyoya çatıb.
Şərikli liderlərin ən yaxın izləyicisi "Napoli”nin çalışdırıcısı Karlo Ançelottidi. Ançelottinin 20 mükafatı var.
Fanat.Az