09:14 26.02.2019 1521

“Həyatımda ilk dəfə ölümə bu qədər yaxın idim” - 20 yaşlı Çiçipasın hekayəsi

Stefanos Çiçipas 2016-cı ildə turnirdə iştirak məqsədilə getdiyi Krit adasında ölümlə üz-üzə qalıb. Dünya 12 nömrəsi, son "Australian Open” turnirində yarımfinala qədər irəliləyən yunan tennisçi şəxsi "YouTube” kanalında paylaşdığı son videolardan birində "həyatının ən bərbad anı” adlandırdığı hadisədən bəhs edib:

"Bu, əslində, mənim həyatımı itirməli olduğum günün hekayəsidi.

2016-cı il, oktyabrın ortaları idi. Mən, dostlarım və atam səhər erkəndən çimərlikdə qaçmaq, kardio etmək qərarına gəldik. O gün bizim istirahət günümüz idi. Adada olma səbəbimiz "Fyuçers" professional turnirində iştirak etmək idi. Tennis kortlarının da daxilində olduğu, gözəl kurort mərkəzində yaşayırdıq. Dediyim kimi, həmin gün oyunum yox idi.

Erkən oyandım və 30-45 dəqiqə arası kardio çalışmaları elədim. Ardınca saunaya getmək qərarına gəldik. Çünki artıq qışa az qalmışdı və hava soyuq idi. Təxminən 20-25 dəqiqə saunada qaldıq. Sonra dostlarımla birlikdə rahatlamaq üçün dəniz kənarına yollandıq.

Həmin gün güclü külək var idi. Şərtlər üzmək üçün heç də əlverişli deyildi. Başımıza gələcəklərin fərqində olmadan özümüzü suya atdıq. Dənizə necə tullandığım yadımdadı. Dediyim kimi, küləkli hava, böyük dalğalar... Əslində, soyuq vanna və ya duş qəbul etmək əvəzinə, dəniz qırağında özümüzü "yeniləmək" üçün orada idik – üzmək üçün yox. Su, onsuz da, soyuq idi.



Suya yeni tullanmışdım ki, ayağımı daşa çırpdım. Bir az sonra geriyə dönüb baxanda sahildən 30-40 m. uzaqda olduğumu gördüm. Nə baş verdiyini anlamırdım. Belə situasiya ilə üzləşmədiyimdən, heç vaxt özümü bu cür boşluqda hiss etməmişdim.

Dalğalarla mübarizə aparsaq da, onlar getdikcə böyüyürdülər. Sahildə xəbərdarlıq üçün hansısa "qırmızı bayraq" və ya xilasedicinin olması yadıma gəlmir. Panikaya düşdüm. Belə deyim: həyatım boyunca heç vaxt özümü elə bərbad hiss etməmişdim. İlk dəfə idi ki, boğulduğumu düşünür, nəfəs ala bilmirdim. Tamamilə köməksiz qalmışdıq.

Həmçinin həyatımda ilk dəfə ölümə bu qədər yaxın idim. Dalğalarla mübarizə aparırdım, mümkün olduğu qədər daha çox nəfəs almağa çalışırdım... - bərbad situasiya idi. Dostuma göz gəzdirmək üçün ətrafıma boylansam da, onu tapa bilmədim.

Atamın suya yaxınlaşmağı yadımdadı. Nə halda olduğumuzu gördü və suya tullandı.

Hadisələri bir az geriyə verək. Əslində, sahilə qayıtmaq üçün üzməyə cəhd edirdik, sadəcə, bu, imkansız idi. Dalğalarla mübarizə apararkən zaman qazanmaq üçün hərəkət etməyə çalışırdım, ancaq, dediyim kimi, mümkün deyildi. Sanki nə qədər çox cəhd etsəm, oradan sağ çıxmaq şansım da o qədər azalırdı. Nə edəcəyimə dair heç bir fikrim yox idi.

Bir müddət sonra mübarizə aparmağın mənasız olduğunu anlayıb, dayandım. Sanki zaman donmuşdu, hərəkət edə bilmirdim. O an bütün həyatım gözümün önündən keçdi. Diqqətimi baş verənlərə yönəldə bilmirdim. Uşaqlığım, bütün köhnə, xoş xatirələr gözümün önünə gəldi. Boğulmanın nə olduğunu, ölüm hissini daxilimdə hiss edirdim. Hətta bir müddət öldüyümü zənn etdim (gözləri yaşarır). Ən pis düşmənimə belə, bunu arzulamazdım. 

Digər dostum suya girmək əvəzinə, sahildə qalmağa üstünlük vermişdi. Bizə yardım etməsi üçün bütün gücümlə ona tərəf bağırırdım. Ancaq, deyəsən, məni eşitmirdi. O an, həqiqətən də, özümü çox yalnız hiss etmişdim.

Bir müddət sonra atam mənə doğru yaxınlaşdı və məni sahilə itələməyə başladı. Onun gözündəki və öz gözümdəki qorxu hissini gördüm. Atamın orada olması mənə ümid verdi. Yəni hətta ölmək lazımdısa, bunu belə, birlikdə etməliydik.



O, mənim qəhrəmanımdı. Atam özünü düşünmədən, sadəcə, mənə kömək etmək üçün orada idi. Onu görəndə rahatladım. Hər şey itirilməmişdi. Atam məni sahilə tərəf itələyirdi. Mərcan qayasına ayağımı basdığım an... - möhtəşəm idi. İnanılmaz hisslər idi. Bəlkə də, həyatım uğrunda mübarizə apardığım yerdə o mərcan qayası olmasaydı, bacarmazdım.


Həmin mərcan qayasına ayaq basdığım anda uzun müddət sonra ilk dəfə normal nəfəs aldım, özümə gəldim. Bu, dünyanın ən gözəl hissi idi.
Atam məni sahilə tərəf itələdikdən sonra dostumu xilas etmək üçün axtarışlara davam etdi və onun da həyatını qurtardı. Həmin mərcan qayası çox köməyimə çatdı. Birtəhər özümüzü sahilə çatdırdıq. Sudan çıxdığım anı xatırlayıram... Azı 15-20 dəqiqə qumun üzərində uzandım və bütün bunların necə başımıza gəldiyini düşünməyə başladım. Bu, gözlənilməz macəra idi.

O gündən sonra həyata başqa prizmadan baxmağa başladım. Yadımdadı, öz-özümə dedim ki, bundan sonra "qorxu" nədi bilməyəcəksən, çünki bundan betəri başıma gələ bilməzdi. Psixoloji baxımdan, bu hadisə məni fərd olaraq çox dəyişdirdi. Özümü qorxusuz hiss etməyə başladım, hər şeyə qadir olduğuma inandım.

Həmin gün ölmədiyimdən, özümün, ailəmin və dostlarımın dəyərini bilməyə başladım (ağlayır). Bu, baş verməməliydi, amma artıq gec idi. Allah və ya başqası, o gün bizim xilas olmağımıza yardımçı olan, bizə mübarizə aparmaq üçün güc verən hər kimdisə, ona təşəkkür edirəm.
İzlədiyiniz üçün minnətdaram. Bu, mənim hekayəmdi. Sağ olun”.

Hazırladı: Rüfət Məcid
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

Facebookdan bizi izləməyi unutmayın.
X