PSJ-nin braziliyalı ulduzu Neymar verilişdə göz yaşlarını güclə boğub.
Fanat.Az-ın məlumatına görə, "Esporte Espetacular” proqramının qonağı olan ulduz Messidən danışarkən dolub:
"Düzü, Messidən danışmaq çox çətindi. Mənim üçün "Barselona”da hər şey xüsusi idi. Təsəvvür edin, mənə hər şeydən çox dəstək lazım olanda dünyanın ən yaxşı futbolçusu gəldi və səmimi şəkildə mənə kömək etməyə hazır olduğunu bildirdi”.
PSJ-yə 2017-ci ildə 222 milyon avroya "Barselona”dan transfer olunan Neymarın Kataloniya klubuna dönəcəyi ilə bağlı informasiyalar dolaşır.
Fanat.Az