"Kristal Pelas”ın müdafiəçisi Mamadu Sako mövsümün sonuna qədər futbol oynaya bilməyəcək.
Fanat.Az "Qardian”a istinadən xəbər verir ki, dizindən ciddi xəsarət alan oyunçu əməliyyat ediləcək. Bu mövsüm komandasının bütün çempionat matçlarında forma geyinən Sako "Lester”lə görüşdə sağ dizindən zədələnib.
Qeyd edək ki, "Kristal Pelas” Sakonu 2017-ci ildə "Liverpul”dan icarəyə götürüb, ardından müdafiəçinin müqavilə hüququna yiyələnib.
Fanat.Az
.