"Beşiktaş"a rəhbərlik edən Şenol Güneş futbol üzrə Türkiyə milli komandasının yeni başq məşqçisi təyin edilib.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Mütəxəssislə 4 illik müqavilə imzalanıb. Müqavilə 1 iyun 2019-cu ildən etibarən qüvvəyə minəcək. Anlaşma 2020-ci il Avropa çempionatı ilə 2022-ci il dünya çempionatını da əhatə edəcək.
Qeyd edək ki, Şenol Günəş 2000-2004-cü illərdə milli komandaya başçılıq edib.
Fanat.Az