Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları baş tutacaq.
Fanat.Az xəbər verir ki, Madrid və Dortmunddakı görüşlərdən sonra 1/4 finala yüksələn ilk iki xoşbəxtin adına aydınlıq gələcək.
"Real” Amsterdamda 2:1 hesabı ilə yendiyi "Ayaks”la münasibətlərinə aydınlıq gətirəcək. Amsterdamda 2:1 hesablı qələbə qazanan ispaniyalılar ev matçına üstünlüklə çıxacaq. Cəzalı Serxio Ramosun yoxluğu hollandlar üçün kiçik ümid qaynağıdı.
Rəqib meydanında "Tottenhem”dən 3 cavabsız qol "yeyən” "Borussiya” isə böyük ölçüdə formallığa çevrilmiş dueldə möcüzə axtarışına çıxacaq.
Çempionlar Liqası, 1/8 final
5 mart
00:00.
"Real” (İspaniya) – "Ayaks” (Hollandiya)
Madrid. "Santyaqo Bernabeu” stadionu. Baş hakim: Feliks Brix (Almaniya)
İlk oyun – 2:1
00:00.
"Borussiya” (Dortmund, Almaniya) – "Tottenhem” (İngiltərə)
Dortmund. "Siqnal İduna Park” stadionu. Baş hakim: Danni Makkeli (Hollandiya)
İlk oyun – 0:3
Qeyd edək ki, 1/8 finalın digər iki cavab oyunu sabah keçiriləcək. PSJ "Mançester Yunayted”lə , "Portu” "Roma” ilə üz-üzə gələcək.
Fanat.Az