Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Barselona” öz meydanında "Mançester Yunayted”i 3:0 hesabıyla yenib. İlk görüşdə 1 cavabsız qolla qalib gələn kataloniyalılar yarımfinala adlayıb.
Fanat.Az -ın məlumatına görə, oyun Lionel Messi üçün əlamətdar olub.
Superulduz start heyətində yer almaqla "Barselona”da133-cü ÇL matçını keçirib. Bununla da o, Anderas İnyestanı (132 oyun) keçərək, turnirdə ən çox oyun keçirən futbolçuların siyahısında 2-ci pilləyə yüksəlib. Birinci pillədə isə 157 oyunluq göstərici ilə Xavimövqe tutub.
Maraqlıdır ki, oyunun ilk yarısında dubl edən Leo 6 il sonra ÇL-nin 1/4 final mərhələsində fərqlənə bilib. Bundan əvvəl isə o, son dəfə 2012/13 mövsümündə bu mərhələdə PSJ-yə qarşı oyunda fərqlənmişdi.
Fanat.Az