2019/20 mövsümdə Almaniya Bundesliqasında iştirak hüquq qazanan ilk klub müəyyənləşib.
Fanat.Az xəbər verir ki, II Bundesliqanın XXXII turunda səfərdə "Qroyter Fyurt"a 4:0 hesabı ilə qalib gələn "Köln" mövsümün sonuna 2 tur qalmış 2-ci pillədə olan "Paderborn"la xal fərqini 8-ə yüksəldib və çempionluğu təmin edib. Bununla da "Köln" 2000-ci ildən indiyə kimi 6-cı dəfə yüksək liqaya yüksəlib.
Fanat.Az