Bu yay "Barselona”nın heyətinə "Ayaks”ın 3 futbolçusu cəlb edilə bilər.
Fanat.Az "El Mundo Deportivo”ya istinadən xəbər verir ki, kataloniyalılar amsterdamlıların yarımmüdafiəçisi Donni van de Beklə maraqlanır. Bu isə o deməkdi ki, 22 yaşlı orta xətt oyunçusu bu yay 2 həmklubunun izi ilə getməyə yaxındı. "Ayaks”ın digər yarımmüdafiəçisi Frenki de Yonqu 75 milyon avroya transfer edəcək "Barsa” müdafiəçi Mateys de Liqtin keçidi üçün də Hollandiya təmsilçisi ilə danışıqlar aparır.
Van de Bekin transfer qiyməti 25 milyon avrodu. De Liqt isə tərəflər razılaşacağı halda Kataloniya klubuna 70 milyon avroya başa gələcək. Bir sözlə, "Ayaks” 3 futbolçusundan 170 milyon gəlir götürmək şansı yaxalayıb.
Fanat.Az