"Real”ın yarımmüdafiəçisi Markos Lyorente komandasını dəyişə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı AS nəşri yayıb.
Baş məşqçi Zinəddin Zidan artıq futbolçunun özünə onu gələn mövsüm heyətdə görmədiyini çatdırıb. Rəhbərlik isə hələ Lyorenteni satmaq və ya icarəyə verməklə bağlı fikrini qətiləşdirməyib. Sözügedən oyunçu ilə 2 İngiltərə təmsilçisinin – "Mançester Yunayted”lə "Arsenal”ın maraqlandığı dəqiqdi. Orta xətt oyunçusu bu variantlar arasında seçim edəcək.
Qeyd edək ki, Lyorente cari mövsüm "Real”ın formasıyla 15 oyuna çıxıb, 2 qol vurub.
Fanat.Az