İngiltərə Premyer Liqasında 2018-2019 mövsümünün qalibi bəllidi.
Fanat.Az-ın məlumatına görə, son turda səfərdə "Brayton"u 4:1 hesabı ilə yenən "Mançester Siti" xallarının sayını 98-ə
çatdıraraq, liderliyini qoruyub və ardıcıl 2-ci, ümumilikdə isə 6-cı dəfə
çempion olub. "Şəhərlilər"in ən yaxın izləyicisi "Liverpul"
isə evdə "Vulverhempton"u 2:0 hesabı ilə məğlub etməsinə baxmayaraq,
liderdən 1 xal geri qalıb və gümüş medallarla kifayətlənib.
Mövsümü 72 xalla başa vuran
"Çelsi" 3-cü, 71 xallı "Tottenhem" isə 4-cü olub. Beləliklə,
"Mançester Siti" və "Liverpul"la yanaşı, bu iki London
klubu da Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb
"Arsenal" 70 xalla
mövsümü 5-ci pillədə bitirib və Avroliqanın qrupunda oynamaq hüququna yiyələnib. 66 xalı olan "Mançester Yunayted" isə 6-cı yerlə razılaşmaq məcburiyyətində qalıb.
"Qırmızı şeytanlar" gələn mövsüm Avropa Liqasında təsnifat
mərhələsindən zəiflərin qəniminə çevriləcək.
"Kardiff Siti", "Fulhem" və
"Haddersfild" isə elita ilə vidalaşıb.
Fanat.Az