Rusiya Premyer Liqasının 28-ci turunun "Zenit” – ÇSKA matçından öncə jurnalist Aleksandr Nikolayev dünyasını dəyişib.
Fanat.Az-ın Rusiya mənbələrinə istinadən məlumatına görə, "Qazprom Arena”da matça baxmağa gələn 65 yaşlı həmkarımız ürək tutmasından vəfat edib.
Nikolayev 1997-ci ildə "İnterpress” fotoinformasiya agentliyini yaradıb. Fəaliyyəti dönəmində "Moryak Baltiki”, "Smena” və "Ças Pik” qəzetlərində fotoqraf-jurnalist kimi çalışıb.
Fanat.Az