UEFA-nın Maliyyə Feyr-Pleyi üzrə Təhqiqat Palatası "Mançester Siti"ni avrokuboklardan kənarlaşdıra bilər.
Fanat.Az-ın məlumatına görə, buna səbəb "şəhərlilər"in maliyyə feyr-pleyini pozmasıdı.
Palata rəhbərliyi bu üzdən Premyer Liqa çempionunu 1 il müddətinə diskvalifikasiya etməyi planlaşdırır. İngiltərə təmsilçisi 2014-cü ildə maliyyə feyr-pleyini pozmaqda və sponsorluq müqavilələrinin həcmi barədə yanlış məlumatlar verməkdə günahlandırılır. Həmin vaxt klub 49 milyon funt-sterlinq məbləğində cərimələnmişdi. Ancaq "şəhərlilər" bütün ittihamları rədd edib.
Qeyd edək ki, "Mançester Siti" yenicə başa çatan 2018-2019 mövsümündə İngiltərə çempionu olub.
Fanat.Az