PSJ qapıçısı Canluici Buffona yeni müqavilə təklif edib.
Fanat.Az-ın Fransa mətbuatına istinadən məlumatına görə, bu barədə qolkiperin özü məlumat verib. 41 yaşlı əlcək sahibi yaxın günlərdə klub rəhbərliyi ilə görüşəcəyini və təklifi müzakirə edəcəklərini bildirib.
Qeyd edək ki, qocalmaq bilməyən Buffon ötən ildən PSJ-nin "çərçivə”sini qoruyur.
Fanat.Az