"Corriere della sera” maraqlı informasiya yayıb.
Fanat.Az xəbər verir ki, mənbə Massimiliano Alleqrinin "Yuventus”dan klubun direktoru Pavel Nedvedin təkidi ilə göndərildiyini açıqlayıb.
Yaxın keçmişin ulduz yarımmüdafiəçisi, hazırda Turin klubunun direktoru postunu tutan çexiyalı "Yuve”nin başqanı Andrea Anyelliyə baş məşqçi qalacağı halda özünün gedəcəyini söyləyib. İdman direktoru Fabio Paratiçi də Nedvedi dəstəkləyib.
Nedvedlə Alleqrinin transfer məsələlərində ümumi dil tapa bilmədikləri haqda daha öncə də məlumatlar yayılmışdı.
Fanat.Az