Oyun zamanı infarkt keçirən baş hakim öldü - VİDEO
Boliviya çempionatının oyununda faciə baş verib.
Fanat.Az xəbər verir ki, XXV turun "Olueys Redi” - "Oriente Petrolero” qarşılaşmasında baş hakim Viktor Hurtado vəfat edib. Buna səbəb referinin infarkt keçməsi olub.
Qarşılaşmanın 47-ci dəqiqəsində vəziyyəti pisləşən Viktor Hurtadonun ürəyi dayyanıb. Həkimlərin ilk müdaxiləsindən sonra özünə gələn referi xəstəxanaya çatdırılsa da, ikinci dəfə infarkt keçirib və onun həyatını xilas etmək mümkün olmayıb.