İspaniya mətbuatında bu günlərdə adı ən çox hallanan "Real”ın sabiq futbolçusu Raul Bravodu.
Fanat.Az "Marka”ya istinadən xəbər verir ki, sözügedən ölkədə 20-dən çox danışılmış oyunlarla bağlı araşdırmalar başlayıb.
Polis mayın 28-dən hərəkətə keçib. Bravo və daha 8 şəxs həbs edilib. Sabiq "Real”lı Premyera, Sequnda və daha aşağı liqalarda keşirilən matçların nəticələrini meydandan kənarda həll edən qruplaşmanın rəhbəri qismində dəmir barmaqlıqlar arasına salınıb.
Saxlanılanlar arasında "Ueska"nın prezidenti Aqustin Lasaosa da var.
Fanat.Az