Çempionlar Liqasının final görüşündə meydana çıxan qadın azarkeş məşhurlaşıb.
Fanat.Az-ın xarici mətbuata istinadən məlumatına görə, "Liverpul"la "Tottenhem" arasında baş tutan və birincilərin 2:0 hesablı qələbəsi ilə bitən görüşün 18-ci dəqiqəsində təhlükəsizlik xidmətinin işçilərindən yayınaraq meydana girən fanat model Kinsey Volanski olub.
Yarıçılpaq vəziyyətdə arenaya daxil olan Volanskinin bu hərəkəti ona sosial şəbəkədə xeyli izləyici qazandırıb. Belə ki, bu hadisəyə qədər onun instaqramda 240 min izləyicisi var idisə, heç bir saat keçməmiş bu rəqəm 500 minə çatıb.
Fanat.Az