Ötən axşam Çempionlar Liqasının qalibi müəyyənləşdi. Finalda "Tottenhem"i 2:0 hesabı ilə yenən "Liverpul" tarixində 6-cı dəfə bu turnirin qalibi oldu.
Baş məşqçi Yurgen Kloppun indiyədək iki dəfə finalda əldən verdyi kuboku "Liverpul" 1977, 1978, 1981, 1984 və 2005-ci illərdə qazanmışdı. İngiltərə klubu ötən mövsüm finalda "Real"a yenilmişdi.
Oyundan sonra Yurgen Klopp və komandanın misirli ulduzu Məhəmməd Salah göz yaşlarını saxlaya bilməyərək ağlayıblar.