Qazaxıstanın "Tobol" klubu Avropa Liqasının seçmə oyunlarını "Astana Arena"da keçirəcək.
Fanat.az xəbər verir ki, buna səbəb şəhərin hava limanının təmirə bağlanmasıdır. 15 iyun tarixində Kostananın hava limanına ucuşlar qəbul olunmayacaq.
Bu səbəbdən Emil Balayevin komandası Avropa Liqasının ilkin mərhələ oyunlarını doğma meydanından kənarda keçirəcək.
Qeyd edək ki, Avropa Liqasının püşkatma mərhələsi 18 iyun tarixində baş tutacaq.
Fanat.az