Neymar iyunun 14-də start götürəcək Amerika Kubokunu zorlamada ittiham olunduğu üçün buraxa bilər.
Fanat.Az xəbər verir ki, San-Paulu polisinə mayın 15-də Parisdə zorlandığını bildirən qadının şikayətinə isti yanaşan müvafiq qurum vəziyyətin ciddi olduğu ilə bağlı məlumat yayıb. Braziliya Futbol Konfederasiyasının vitse-prezidenti Fransisko Novelitto isə belə deyib:
"Məncə, Neymar bizdən yarışa qatılmamaq üçün icazə ala bilər. Çünki o, hazırda yalnız futbolu düşünəcək və jurnalistlərin suallarına cavab verəcək durumda deyil”.
Qeyd edək ki, günahı sübuta yetiriləcəyi halda superulduz 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Fanat.Az