Reynaldo Silva "Qarabağ"dan ayrıldıqdan sonra müqavilə bağladığı "İrtış"dan da ayrılıb.
Fanat.Az xəbər vrir ki, bu barədə Qazaxıstan klubunun rəsmi saytı məlumat yayıb.
Klub braziliyalı hücumçu ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib. 29 yaşlı futbolçunun ailə vəziyyəti səbəbindən klubdan ayrıldığı bildirilib.
Qeyd edək ki, Reynaldo qış fasiləsindən sonra "Qarabağ"a qayıdıb və ötən mövsümün sonu klubdan ayrılıb. O, bu ay "İrtış"la müqavilə imzalamışdı.
Fanat.az