"Yuventus"un müdafiəçisi Merih Demiral Avropa klublarının maraq dairəsindədi.
"Tuttosport"un məlumatına görə, "Milan", "Fiorentina", "Roma", "Mançester Yunayted" və "Zenit" Merihi heyətlərində görmək istəyir. Matteys de Lixtin transferindən sonra "Yuve"də mərkəz müdafiəçilərinin sayı beşə çatıb. Belə olan halda, Turin klubu türk futbolçunu icarəyə göndərə və ya satışa çıxara bilər.
Qeyd edək ki, "Yuventus" bu yay 18 milyon avro qarşılığında Merih Demiralı heyətinə qatmışdı.
Fanat.az