"Bavariya" Qreq Monro ilə anlaşıb.
"Sportando"nun xəbərinə görə, Münhen klubu Monronun keçidini bu gün bəyan edəcək.
29 yaşlı basketbollçu 2010-cu il NBA draftında 7-ci sıradan seçilib. NBA-da 632 matçda meydana çıxan Monro 13,2 xal və 8,3 ribaund ortalamaları ilə oynayıb.
Mərkəz oyunçusunun son klubu "Filadelfiya" olmuşdu.
Fanat.az