Türkiyə Super Liqasında 2019/20 mövsümünə start verilib.
Fanat.Az xəbər verir ki, açılış oyununda son çempion "Qalatasaray” debütant "Dənizlispor”un qonağı olub. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
29-cu dəqiqədə "Qalatasaray"dan Səlcuk İnan penaltidən yararlana bilməyib. 43-cü dəqiqədə Markao meydandan qovulub. 75-ci dəqiqədə Recep Niyaz hesabı açıb. Əlavə vaxtda isə Hüqo Rodalleqa ikinci qolu vurub.
Fanat.Az