Türkiyə Super Liqasında II turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, ötən gün "Fənərbaxça" səfərdə "Başakşəhər"lə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.
Hesabı "Başakşəhər"dən Enzo Krivelli açıb. "Fənərbaxça"ya qələbə qazandıran qollara isə Vedat Muriqi və Nabil Dirar imza atıb.
Ötən gün baş tutan digər görüşlərdə "Alanyaspor" "Kasımpaşa"ya qalib gəlib (4:1), "Ankaragücü" - "Kayserispor" oyunu heç-heçə bitib (1:1).
Qeyd edək ki, "Fənərbaxça" və "Alanyaspor" iki turdan sonra maksimum xalla turnir cədvəlinə başçılıq edir.
Fanat.Az