"Barselona"nın ulduzu Lionel Messi klub karyerasında qol sayına görə "Yuventus"da çıxış edən həmkarı Kriştiano Ronaldonu keçib.
Fanat.Az xəbər verir ki, 32 yaşlı hücumçu ötən axşam La Liqanın XI turunun "Valyadolid”lə oyununda (5:1) dubl edərək nail olub.
Messi klub karyerası ərzində vurduğu qolların sayını 608-ə çatdırıb. O, bunu 695 görüşdə iştirak etməklə reallaşdırıb. Ronaldo isə 813 oyunda 606 dəfə fərqlənib.
Messi orta hesabla hər oyunda 0,87 qol vurur. Ronaldoda bu göstərici 0,75-di.
Fanat.Az