Rusiya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin komandası "Spartak” da oyuna çıxıb. Moskva klubu "Rostov”u qəbul edib. Paytaxt təmsilçisi 2:1 hesablı qələbə qazanaraq adını 1/4 finala yazdırıb.
Ayaz matça ehtiyat oyunçular skamyasından baxıb.
"Spartak" növbəti mərhələdə paytaxtın digər təmsilçisi ÇSKA ilə qarşılaşacaq.
Fanat.Az