İspaniyanın "Selta” klubu baş məşqçisi Fran Eskribanı istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 54 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.
Qeyd edək ki, Eskriba mart ayından "Selta”nı çalışdırırdı. Komanda hazırda La Liqada 12 turdan sonra 18-ci pillədə qərarlaşıb.
Fanat.Az