Milli komandamızın futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge” klubu baş məşqçisi Daniel Meyer ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Aue təmsilçisinin rəsmi saytı məlumat yayıb. 40 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Onun köməkçisi olan qardaşı Andre Meyer də komandadan göndərilib.
Qeyd edək ki, Daniel Meyer 2018-ci ilin iyunundan "Ertsgebirge”yə rəhbərlik edir. Komanda hazırda Almaniyanın II Bundesliqasında 19 xalla 4-cü pillədə qərarlaşıb.
Fanat.Az