"Tottenhem” rəhbərliyi komandanın baş məşqçisi
Maurisio Poçettinonun fəaliyyətindən razı deyil.
Fanat.Az
"The Telegraph”a istinadən xəbər verir ki, Premyer Liqada ardıcıl beş oyundur ki, qələbə qazana bilməyən London təmsilçisi noyabrın 23-də "Vest
Hem"lə səfər oyununda da xal itirsə, argentinalı mütəxəssis istefaya
göndəriləcək.
Hazırda turnir cədvəlində 14 xalla 14-cü pillədə
qərarlaşan komanda Çempionlar Liqasına vəsiqə verən yerdən çox uzaqdadır.
Qeyd edək ki, Poçettino 2014-cü ildən
"Tottenhem”i çalışdırır. Onun müqaviləsi ötən il yenilənib. Sözləşmədəki bəndə
əsasən çalışdırıcı istefaya göndərilsə, klub ona 14 milyon avro təzminat
ödəməlidir.
Fanat.Az