Çempionlar Liqasının qrup mərhələsinin V turunun ən yaxşı oyunçusu bəlli olub.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həftənin ən yaxşı futbolçusu "Bavariya”nın hücumçusu Robert Levandovski seçilib.
Polşalı ulduz Lionel Messi ("Barselona”), Keylor Navas (PSJ) və Romero Lukakunu ("İnter”) qabaqlayıb.
Qeyd edək ki, Levandovski son turda "Srvena Zvezda” ilə görüşdə (6:0) 4 qol vurub.
Fanat.Az