Millimizin qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstan "Tobol"unun baş məşqçi postuna əsas namizədin adı bəllidir.
Fanat.Az xəbər verir ki, bu, erməni mütəxəssis Qriqori Babayandı.
Qazaxıstan vətəndaşı olan Babayan 2013-cü ildən"Astana"da işləyib, "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun köməkçisi olub. O, ötən ilin payızında şəxsi işləriylə əlaqədar kənarda qaldığı müddətdə isə baş məşqçi əvəzi olub. Sözügedən erməni bu ilin aperlində "Astana"dan qovulub.
Qeyd edək ki, "Tobol" rəhbərliyi Balayevi ötən qış transfer edən rusiyalı mütəxəssis Vladimir Qazzayevi istefaya göndərəndən sonra baş məşqçi əvəzi qazaxıstanlı Nurbol Jumaskaliyev olub. Komanda onun rəhbərliyi altında çempionatı 4-cü yerdə başa vurub.
Fanat.Az