2020-ci ildə ABŞ Milli Futbol Liqasında (MLS) çıxış edəcək "İnter Mayami" Rusiyanın "Zenit" klubundan iki futbolçu transfer etmək istəyir.
Fanat.Az "Miami Herald"a istinadən xəbər verir ki, İngiltərə futbolunun əfsanəsi Devid Bekhemin sahibi olduğu klub argentinalı yarımmüdafiəçilər - Matias Kranevitter və Sebastian Driussi üçün Sankt-Peterburq təmsilçisi ilə danışıqlara başlayıb. "İnter Mayami" iki futbolçu üçün 27 milyon avro təklif edir.
Qeyd edək ki, hər iki futbolçunun "Zenit"lə 2021-ci ilin iyununa qədər müqavilələri var.
Fanat.Az