Uruqvay millisinin sabiq forvardı Dieqo Forlan özünə yeni iş tapıb.
Fanat.Az xəbər verir ki, 40 yaşlı mütəxəssis "Penyarol” klubunun baş məşqçisi təyin edilib.
İnformasiyanı Uruqvay təmsilçisinin rəsmi saytı yayıb. Forlanla imzalanan müqavilənin şərtləri açıqlanmayıb.
Karyerası ərzində "Mançester Yunayted”, "İnter”, "Atletiko” kimi klublarda top qovan ulduz hücumçu Uruqvay millisində 112 matç keçirib.
Fanat.Az