PSJ-nin 32 yaşlı hücumçusu Edinson Kavani La Liqada top qovacaq.
Fanat.Az xəbər verir ki, cənubi amerikalı forvard "Atletiko" ilə anlaşıb.
Ön xətt oyunçusu "hindular”la 3 illik müqavilənin şərtlərini razılaşdırıb. Ulduz futbolçunun PSJ ilə olan müqaviləsinin müddəti mövsümün sonunda bitəcəyindən, onun ən geci gələn ilin yayında İspaniya təmsilçisinə qoşulacağı dəqiqdi. Hərçənd fransızlar Uruqvay millisinin üzvünü gələn ay ucuz qiymətə "Atletiko"ya satmağa da razıdı.
Qeyd edək ki, Edinson Kavani bu mövsüm Liqa1-də 8 oyun keçirib, 2 qol vurub.
Fanat.Az