Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov "Axmat” futbol klubunun oyun səviyyəsindən narazı qalıb və bir şərtlə komandanı maliyyələşdirdiyini deyib.
Fanat.Az xəbər verir ki, o bu haqda TASS-a açıqlamasında bildirib. Kadırov bəzi futbolçulardan narazılığını dilə gətirib:
"Bəzi futbolçular məşqçilərlə mübahisə edir, başqa heç nə etmirlər. Ancaq Rizvan Utsiyev əsl vətənpərvərdir. Həm Çeçenistan Respublikası üçün, həm də futbol üçün ürəyi ağrıyır. Rizvanı əsas heyətə gətirdim, onlara bir şərt qoydum: ya oynayacaq, ya da komandanı maliyyələşdirməyəcəyəm. Və o, mənim ümidlərimi doğrultdu, dəstəyimin boşuna olmadığına haqq qazandırdı”.
Qeyd edək ki, Rizvan Utsiyev "Axmat”da 200-dən çox oyun keçirib. Bu mövsüm 31 yaşlı oyunçu 13 oyunda iştirak edib. Hazırda "Axmat" Rusiya çempionatının turnir cədvəlində 14-cü yerdədir.
Fanat.Az