Yunanıstan futbolu yeni qalmaqal ərəfəsindədi.
Fanat.Az xəbər verir ki, Yunanıstan Hakimlər Birliyi ölkə çempionatının XVII və XVIII turlarında keçiriləcək oyunları boykot etməyi planlaşdırır.
Buna səbəb "Volu” - "Olimpiakos” matçının VAR hakimi Angelos Evangelunun evinə hücum edilməsidi. Hakimlər Birliyinin dekabrın 30-da keçiriləcək iclasında XVII və XVIII turun oyunlarını idarə etməyəcəkləri rəsmən açıqlanacaq.
Fanat.Az