Millimizin sabiq baş məşqçisi Robert Prosineçki yenidən Türkiyəyə qayıda bilər.
Fanat.az xəbər verir ki, bu barədə "Fotomaç" məlumat yayıb.
Xəbərə görə, o, 2012-2013-cü illərdə çalışdığı "Kayserispor"a qayıda bilər.
Uğursuz nəticələr səbəbi ilə Bülent Uyğunu istefaya göndərən Kayseri təmsilçisinin xorvatiyalı mütəxəssislə danışıqlara başladığı qeyd olunur.
Qeyd edək ki, "Kayserispor" 17 turdan sonra çempionatda 10 xalla sonuncu pillədə qərarlaşıb.
Fanat.az