İcarə əsasında "Başakşəhər”də top qovan Arda Turan qış fasiləsində iş yerini dəyişəcək.
Fanat.Az xəbər verir ki, Türkiyə millisində 100 oyuna 16 qol vuran Arda "Qalatasaray”a keçəcək.
Türkiyə mətbuatı müqavilə ilə "Barselona”ya məxsus olan 32 yaşlı yarımmüdafiəçinin "sarı-qırmızılar”la 1,5 illik müqavilə imzalayacağını da vurğulayıb.
"Qalatasaray”ın yetirməsi olan Arda 2011-ci ildə "Atletiko”ya, 2015-ci ildə isə "Barselona”ya keçib. Kataloniya təmsilçisində ümidləri doğrultmayan yarımmüdafiəçi 2018-ci ildə "Başakşəhər”ə 2 illik icarəyə verilib. Ardanın hazırkı icarə müqaviləsi mövsümün sonunda başa çatır.
Fanat.Az