"Los Anceles Qelaksi"dən ayrılan 38 yaşlı Zlatan İbrahimoviçin "Milan"a dönüşü rəsmiləşib.
Fanat.Az-ın klubun saytına istinadən məlumatına görə, isveçli hücumçu müddəti 2020-ci ilin iyununa qədər olan müqaviləyə imza atıb.
İbrahimoviç köhnə-yeni iş yerində 3 milyon avro qazanacaq.
Qeyd edək ki, İbra 2010-2012-ci illər aralığında da "Milan"da top qovub.
Fanat.Az